Tarix: 12 İyul 2024 17:13 | Baxış sayı: 575
Azərbaycanlı tələbə NASA-da mükafat   qazanıb

Azərbaycanlı tələbə NASA-da mükafat qazanıb

Azərbaycanlı tələbə Sadiq Səfərovun kapitanı olduğu komanda NASA-da ilk dəfə qalib türk komandası kimi tarixə düşüb.

Diaspora.TV xəbər verir ki, Türkiyədə mexanika mühəndisliyi üzrə təhsil alan Sadiq Gəncə şəhər 27 saylı məktəbin məzunudur.

S.Səfərov bildirib ki, texniki fənlərə marağı uşaq yaşlarından yaranıb:

"Qarşıma məqsəd qoydum ki, ali təhsilimi də xaricdə, məhz bu ixtisas üzrə davam etdirim. Bir çox ABŞ və Avropa universitetlərindən qəbul alsam da, seçimim İstanbul Texniki Universiteti oldu".

Hazırda üçüncü kurs tələbəsi olan Sadiq komandasını qurmazdan əvvəl universitetlərdə uzun illərdir fəaliyyət göstərən proyekt komandalarla da əməkdaşlıq edib.

Ətraflı "İTV Xəbər"in süjetində:



Şərhlər

Yaz...

Sünik koridoru İranı cəhənnəmə    aparır
Video Qalereya, Cənub vaxtı

Sünik koridoru İranı cəhənnəmə aparır