SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) informasiya təhlükəsizliyi ixtisasının IV kurs tələbəsi Elmir Hacızadə Almaniyada keçirilən “International Youth Meeting 2024”də iştirak edib.
Diaspora.TV xəbər verir ki, bu barədə BANM-ın mətbuat xidmətindən məlumat verilib.
Elmir Mannheimer təqaüdünün yeganə qalibi olaraq, Dachau şəhərinin icra orqanları tərəfindən dünyanın yalnız bir iştirakçısına verilən bu mükafatı qazanıb.
Tədbir zamanı Elmir Hacızadə Azərbaycanın tarixi, mədəniyyəti, milli musiqisi və adət-ənənələri haqqında çıxışlar edib. Bu çıxışlar dünyanın müxtəlif ölkələrindən olan gənclər tərəfindən böyük maraqla qarşılanıb.
Proqram çərçivəsində tələbəmiz Bavariya vilayətinin parlament üzvləri ilə görüşlərdə də iştirak edib.