Tarix: 25.11.2024 / 18:21
Azərbaycanlı taekvandoçu "İlin ilhamverici qadını" mükafatına    layiq görüldü

Azərbaycanlı taekvandoçu "İlin ilhamverici qadını" mükafatına layiq görüldü

Güney azərbaycanlı xanım taekvandoçu və Avropa çempionu Kimiya Əlizadə Bolqarıstanda "İlin ilhamverici qadını" mükafatına layiq görülüb.

Diaspora.TV xəbər verir ki, bu mükafat ona, qadın haqları uğrundakı fəaliyyətlərinə və idman sahəsindəki uğurlarına görə verilib.

Əlizadə Bolqarıstanda sığınacaq aldıqdan sonra Avropa çempionatının qızıl, Paris Olimpiadasının isə bürünc medalını qazanıb.

Qeyd edək ki, Kimiya Əlizadə 1998-ci ildə İranın Kərəc şəhərində azərbaycanlı ailəsində anadan olub. Atası Təbriz yaxınlığında yerləşən Zunuz, anası isə Ərdəbil şəhərindəndir. İranın Olimpiya oyunlarında medal alan yeganə qadın idmançısı Əlizadə, 2020-ci ildə İranın idmançılardan siyasi-ideoloji məqsədlər üçün istifadəsinə etiraz olaraq ölkəni tərk edib./GünazTV


Şərhlər

Yaz...