Tarix: 29.11.2024 / 09:00
Azərbaycanlı silah gücünə    avtomobil almaqda ittiham olunur

Azərbaycanlı silah gücünə avtomobil almaqda ittiham olunur

Xüsusi əməliyyatda iştirak edən Başqırdıstan sakini yerli mediaya azərbaycanlı tanışının təzyiqi altında avtomobilini satmasından danışıb.

Diaspora.TV xəbər verir ki, bu barədə Mash Batash Telegram kanalı məlumat yayıb.

Belə ki, Kumertau sakini Şimal Hərbi Dairəsində gedən döyüşlər zamanı ayağını itirib və protezlə yeriməyə başlayıb. Onun üçün hərəkət etmək çətin olduğundan özünə avtomobil alıb, avtomobili anasının adına rəsmiləşdirib.

Avtomobil cəbhədən qayıdandan sonra tanış olduğu Azərbaycandan olan miqrantın diqqətini çəkib. Azərbaycanlı avtomobil üçün 400 min rubl təklif edib.

Döyüşçü isə bundan imtina edib. Sonra azərbaycanlı silahı çıxararaq onu anasının yanına getməyə məcbur edib və orada maşının satışı ilə bağlı sənədlərə imza atıblar.

Bundan sonra ana-bala polisə müraciət edib.

Polis azərbaycanlını şübhəli qismində saxlayıb.

Şərhlər

Yaz...