Həmədan əyalətinin Famenin şəhərindən olan güneyli sosial media fəalı Murtaza Xaki həbs edilib.
Diaspora.TV xəbər verir ki, bu barədə HRANA məlumat yayıb.
Məlumata görə, güneyli gənc iki gün öncə Kəbudərahəng şəhərinin ETTELAAT İdarəsinə getdikdən sonra saxlanılıb.
O, "İranın yüksək rütbəli rəsmilərini və ali rəhbəri (Xameneyini) təhqir etmək"də günahlandırılıb.
Qeyd olunub ki, Murtaza Xakinin sosial media hesabı da bağlanıb. Media fəalı Həmədən zindanına köçürülüb.