Tarix: 01.11.2024 / 10:49
Azərbaycanlı səyyah Afrikada    yoxa çıxdı

Azərbaycanlı səyyah Afrikada yoxa çıxdı

Dünyanın müxtəlif bölgələrindən tez-tez paylaşımları ilə diqqət çəkən azərbaycanlı səyyah Yaşar Xudiyevdən bir müddətdir ki, xəbər yoxdur.

Diaspora.TV xəbər verir ki, sonuncu dəfə o, oktyabrın 8-də Tanzaniyada Kilimancaro zirvəsinə qanunsuz çıxdığına görə yerli polis tərəfindən 2 həftə müddətinə həbs edilmişdi.

Lakin həbs müddətindən 9 gün keçməsinə baxmayaraq, səyyah hər hansı yeni post paylaşmayıb, üstəlik, yaxınları da ondan xəbər ala bilmədiklərini söyləyirlər./ Axar.az


Şərhlər

Yaz...