Tarix: 23.08.2024 / 11:05
Azərbaycanlı sevgilisinə görə tanışını  öldürüb  - VİDEO

Azərbaycanlı sevgilisinə görə tanışını öldürüb - VİDEO

Tulada yanacaqdoldurma məntəqəsində tanışını qətlə yetirən azərbaycanlı 9,5 il müddətinə azadlıqdan məhrum edilib.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, Çernski rayon sakini yanacaqdoldurma məntəqəsində tanışını qətlə yetirməkdə təqsirli bilinib.

Hadisə aprelin 30-da səhər saatlarında baş verib. Artıq Rusiya vətəndaşlığını almış Azərbaycan əsilli kişilər Plavski rayonu ərazisində, M-2 Krım şosesində yerləşən yanacaqdoldurma məntəqəsində qısqanclıq zəminində mübahisə ediblər. Mübahisənin qızğın vaxtında 36 yaşlı kişi bıçağı çıxararaq tanışının baş, boyun və gövdə nahiyəsinə çoxsaylı bıçaq zərbələri endirib.

Nəticədə 43 yaşlı zərərçəkən hadisə yerində ölüb.

Məhkəmənin hökmü ilə adam öldürməkdə ittiham olunan azərbaycanlı 9,5 il müddətinə azadlıqdan məhrum edilib.


Şərhlər

Yaz...