Tarix: 31.08.2024 / 18:15
Azərbaycanlı şəhid ailələri Türkiyəyə    niyə gedib?

Azərbaycanlı şəhid ailələri Türkiyəyə niyə gedib?

“Bir Millət, Bir Ürək” Beynəlxalq Humanitar Platformasının tərkib hissəsi olan “Qardaş Ailə” layihəsi çərçivəsində 30 Avqust Zəfər Bayramı münasibətilə Azərbaycandan olan 30 nəfər şəhid ailəsi üzvü Ankaraya gətirilib.

Diaspora.TV türk mediasına istinadla xəbər verir ki, ailələr Cebeci Hərbi Şəhidlər Qəbiristanlığını ziyarət edərək, Türkiyədəki şəhid ailələrinin dərdini paylaşıblar.

Türkiyə-Azərbaycan İş Adamları Dərnəyinin Təhsil-Mədəniyyət Komissiyasının sədri Raqıp Sarı Azərbaycanda şəhid ailələrini Türkiyədəki şəhid ailələri ilə yaxınlaşdırmaq məqsədilə “Qardaş Ailə” layihəsinə başladıqlarını bildirərək deyib ki, bu layihənin yəni müharibə bitdikdən sonra təxminən 3-4 ildir davam edir.

Qeyd edək ki, “Bir Millət, Bir Ürək” Beynəlxalq Humanitar Platforması 2020-ci ildəki Vətən müharibəsində həyatını itirən Azərbaycan şəhidlərinin xatirəsini yaşatmaq və 2020-ci ildə Bakının keçmiş səfiri Erkan Özoralın himayəsi və TÜİB sədri Hüseyn Büyükfıratın təşəbbüsü ilə yaradılıb.



Şərhlər

Yaz...