Tarix: 06.07.2024 / 11:42
Azərbaycanlı rusu döydü,   sonra pul təklif etdi

Azərbaycanlı rusu döydü, sonra pul təklif etdi

Moskva vilayətinin Mıtişi şəhərində iki azərbaycanlı onların övladlarına irad tutan Rusiya vətəndaşını vəhşicəsinə döyüblər.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Ticarət mərkəzinin müdiri işləyən 47 yaşlı kişi evinin yanındakı avtomobil dayanacağında bir avtomobilin siqnalizasiyasının çaldığını eşidib. Pəncərədən baxanda üç azyaşlının maşının təkərlərini deşdiyini görüb. Həmin şəxs uşaqlardan birinin atası ilə ciddi söhbət etmək qərarına gəlib. Yerli sakin kişidən uşaqları sakitləşdirməsini istəyib və o, cavab olaraq görüşə dəvət edib.

“Biz dayanacaqdakı avtoxuliqanların vəziyyəti və uşaqların davranışı haqqında danışırdıq, o, səsini qaldırmağa və əsəbiləşməyə başladı. Əsəbiləşən ata əlini mənə tərəf yellədi və bir nəfər maşının arxa oturacağından düşərək gözlənilmədən məni vurdu. Sonra hər ikisi üzümə və bədənimə vurmağa başladılar və mən yıxıldım, ən azı altı zərbə aldım”, - deyə zərərçəkən bildirib.

Nəticədə o, beyin silkələnməsi, burnunun sınığı və çoxsaylı əzilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Xəstəyə üz-çənə əməliyyatı lazım olub. Həmin şəxsin sözlərinə görə, müəyyən edilib ki, hücum edənlər tez-tez hamını daşa basan uşaqların atası olan azərbaycanlılardır.

Moskva vilayəti üzrə İstintaq Komitəsi hadisə ilə bağlı “xuliqanlıq” maddəsi ilə cinayət işi açıldığını bildirib. Eyni zamanda, zərərçəkmiş bildirib ki, hücum edənlərdən birinin qohumu polisdəki ifadəsini geri götürməsi üçün ona pul təklif edib.

Vahid Əli
Diaspora.TV

Şərhlər

Yaz...