Tarix: 14.08.2024 / 12:41
Azərbaycanlı Rusiyada     qətlə yetirildi

Azərbaycanlı Rusiyada qətlə yetirildi

Rusiyada silahlı insident zamanı 43 yaşlı azərbaycanlı qətlə yetirilib.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, hadisə Leninqrad vilayətinin Novosaratovka kəndində baş verib.

Azərbaycan vətəndaşı naməlum şəxslə mübahisə edib. Bu zaman tapançadan açılan atəş zamanı azərbaycanlı ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib, atəş açan şəxs isə hadisə yerindən qaçıb.

Həkimlər qurbanın həyatı üçün mübarizə aparsalar da, avqustun 14-də gecə saat iki radələrində o, dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

Hazırda atəş açan şəxs axtarılır. Onun xüsusiyyətləri normal bədən quruluşu, boyu təxminən 180 santimetr, saçları qaradır. Kişi qara şalvar və sarı jilet geyinib.




Şərhlər

Yaz...