Rusiyanın Volqoqrad vilayətinin Voljski şəhərindəki istintaq təcridxanasına köçürülən 29 yaşlı azərbaycanlı Mikayıl Razakov dünyasını dəyişib.
Diaspora.TV Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb.
Məlumata görə, M.Rzakovun təcridxanaya yerləşdirilməsinə səbəb dostu Kirill Lariçkin ilə xüsusi əməliyyat iştirakçısını vəhşicəsinə döyməsi olub.
Rusiya KİV azərbaycanlının zəhərlənərək öldüyünü iddia edir.
Lakin hüquq-mühafizə orqanları tərəfindən bildirilib ki, zəhərlənmə onun ölümünə səbəb deyil.