Tarix: 29.07.2024 / 19:35
Azərbaycanlı Rusiya vətəndaşlığından  məhrum edildi

Azərbaycanlı Rusiya vətəndaşlığından məhrum edildi

Krasnoyarskda ağır cinayətlər törətdiklərinə görə iki əcnəbi vətəndaşlıqdan məhrum edilib.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsindən məlumat verilib.

Azərbaycan əsilli miqrant 2008-ci ildən Rusiya vətəndaşlığına sahib olub. O, yetkinlik yaşına çatmayanlara qarşı təcavüz və zorakı hərəkətlərə görə 17 il müddətində azadlıqdan məhrum edilib.

Tacikistan vətəndaşı olan kişilərdən digəri də 2008-ci ildə vətəndaş pasportu alıb. O, narkotik maddələrin qanunsuz saxlanması, satışı və daşınmasına görə 8,6 il müddətinə azadlıqdan məhrum edilib.

Əcnəbilər cəzalarını çəkdikdən dərhal sonra ölkədən deportasiya ediləcəklər.

Şərhlər

Yaz...