Moskvada münaqişə zəminində 31 yaşlı azərbaycanlı güllələnib.
Diaspora.TV xəbər veri ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Qeyd olunub ki, hadisə paytaxtın İvan Franko küçəsində baş verib.
Miqrantlar arasında mübahisə yaranıb. Mübahisə zamanı naməlum şəxslərdən biri Moskva vilayətində yaşayan azərbaycanlıya bir neçə dəfə atəş açıb. Zərərçəkmiş xəstəxanaya çatdırılıb.
Atışmada şübhəli bilinən iki Kabardin-Balkar sakini saxlanılıb.