Tarix: 19.07.2024 / 13:30
Azərbaycanlı Rusiyada  73 yaşlı kişini belə aldatdı

Azərbaycanlı Rusiyada 73 yaşlı kişini belə aldatdı

Rusiya Federasiyasının Murmansk vilayətində məhkəmə Kovdor şəhərindəki mağazalardan birində satıcı işləyən azərbaycanlını ümumi rejimli koloniyada cəza çəkməklə 1 il yarım müddətinə azadlıqdan məhrum edib.

Diaspora.TV Rusiya KİV-nə istinadən xəbər verir ki, o, onlayn bankdan necə istifadə edəcəyini bilməyən 73 yaşlı müştərini aldatmaqda təqsirli bilinib.

Müstəntiqlərin fikrincə, məhkum 2023-cü ilin oktyabrından 2024-cü ilin yanvarınadək alıcının bank kartından debet haqqında məlumat əldə etmək üçün bank xidmətlərindən istifadə etməməsindən faydalanıb və pensiyaçıdan malların dəyərindən 20 dəfə artıq pul götürüb. Beləliklə, o, 105 min rubl pul oğurlayıb.

Miqrant Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci maddəsi (“Oğurluq”) ilə təqsirli bilinib. Kişi törətdiyi cinayətdən peşman olub, zərərçəkmişdən üzr istəyib və ona dəymiş ziyanı ödəyib.

Şərhlər

Yaz...