Tarix: 16.12.2024 / 11:41
Azərbaycanlı Rusiya gömrüyündə saxlanıldı:    Qadağan olunan dərmanı həyat yoldaşı üçün...

Azərbaycanlı Rusiya gömrüyündə saxlanıldı: Qadağan olunan dərmanı həyat yoldaşı üçün...

Rusiyanın Mineralnıye Vodı şəhər gömrük məntəqəsində Azərbaycan vətəndaşı saxlanılıb.

Diaspora.TV xəbər veri ki, bu barədə “Sapa” teleqram kanalı məlumat yayıb.

Buna səbəb onun üzərində Rusiyada qadağan olunmuş 40,5 qram “sibutramin” adlı maddə olub.

Azərbaycanlı həmin maddəni rusiyalı həyat yoldaşı üçün aparmağı nəzərdə tutub.

“Azərbaycan vətəndaşı saxlanılan zaman üzərində İstanbulda aldığı və tərkibində Rusiyada qadağan olunmuş güclü bir maddə hesab olunan “sibutramin” var idi”, - deyə məlumatda qeyd olunub.

Azərbaycanlı qadağan olunmuş maddəni əldə etdiyinə və ölkəyə qanunsuz keçirməyə cəhd göstərdiyinə görə 3 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, “sibutramin” arıqlamaq və piylənməni müalicə etmək üçün daha çox ABŞ və Avropada istifadə olunan bir dərmandır.




Şərhlər

Yaz...