Tarix: 20.12.2024 / 15:17
Azərbaycanlı rus qadınla 10 minə    nikaha girdi

Azərbaycanlı rus qadınla 10 minə nikaha girdi

Rusiyanın Kireyevsk şəhər Rayonlararası Prokurorluğu miqrasiya qanunvericiliyindən yayınmaq üçün bağlanmış qondarma nikahla bağlı işi müəyyən edib.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, sadələşdirilmiş qaydada Rusiya Federasiyasının vətəndaşlığını almaq üçün Azərbaycan vətəndaşı olan kişi yerli şəhər sakini qadınla 10 min rubl müqabilində nikahı rəsmiləşdirib.

Prokurorluq nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edib.

Məhkəmə iddianı tam təmin edib.

Nikah şəhadətnaməsinin ləğv ediləcəyi bildirilir.

Qərar xarici vətəndaş barəsində tədbir görülməsi üçün miqrasiya nəzarəti orqanlarına göndərilib.



Şərhlər

Yaz...