Tarix: 10.09.2024 / 09:38
Azərbaycanlı rəssamın əsəri türk mediasında  gündəm oldu   -  FOTO

Azərbaycanlı rəssamın əsəri türk mediasında gündəm oldu - FOTO

Azərbaycanlı rəssam Xətai Abdullayev Diyarbəkirin Bağlar rayonunda itdikdən 19 gün sonra cansız cəsədi tapılan Narin Güranın şəklini divara çəkərək kədərini ifadə edib.

Diaspora.TV türk mediasına istinadla xəbər verir ki, Abdullayev 2015-ci ildə şəhərin Atatürk Bulvarında qətlə yetirilən Özgecan Aslanın şəklinin yanında Narin Güran şəklini çəkərək kədərini dilə gətirib.

“Özgecan Aslanın şəklini əvvəllər də bu divara çəkmişdim. Keçən gün yenə buradan keçirdim və gözüm Özgecana sataşdı. Orada çəkdiyim vaxtdan 10 il keçmişdi. Yenə emosional oldum. Bu hissi yenidən yaşamaq çox ağrıdır. Bu divar bu qədər ağrı ilə yadda qalmamalıydı, insanlara töhfə verən daha əyləncəli rəsmlər ola bilərdi. Amma kədərlə bu divara, Özgecanın yanında çəkdim. Bəlkə insanlar bunu görəcək, kədərlənəcək həssaslığın artacağını düşündüm” – deyə Abdullayev bildirib.



Şərhlər

Yaz...