Azərbaycanlı rəssam T.İ (45) Türkiyənin Giresun şəhərinin İsmetpaşa məhəlləsi, Mukaddes küçəsindəki binanın 2-ci mərtəbəsində tikilməkdə olan mənzildə yerdə hərəkətsiz halda tapılıb.
Diaspora.TV türk mediasına istinadla xəbər verir ki, hadisə yerinə gələn təcili tibbi yardım briqadası tərəfindən T.İ.-nin həyatını itirdiyi müəyyən edilib.
T.İ-nin dəqiq ölüm səbəbinin tibbi ekspertiza tərəfindən yarılma nəticəsində müəyyənləşəcəyi bildirilir.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.