Tarix: 30.09.2024 / 12:02
Azərbaycanlı rəssam Türkiyə tələbələrini belə    sevindirdi

Azərbaycanlı rəssam Türkiyə tələbələrini belə sevindirdi

Azərbaycanlı ebru rəssamı Sevinc Əliyeva Türkiyənin Adıyaman şəhərinin Besni ilçəsində 26-cı Besni Təhsil Günündə əsərlərini nümayiş etdirib.

Diaspora.TV xəbər verir ki, təhsil günündə təşkil olunan sərgidə S.Əliyeva tələbələrə və gənclərə ebru sənəti haqqında məlumat verib.

"Burada özümü besnili kimi hiss etdim. Hamımız türkük, məni çox isti qarşıladılar və bu məni sevindirdi. Mən ebru artdan başqa, güzgü xoşlayıram. Ümid edirəm ki, hamı bəyənər”, - deyə S.Əliyeva bildirib.
Azərbaycanlı sənətçi Besni Təhsil Fondunun prezidenti Şaban Çağırana üzərində Qarabağ simvolu olan qədəh hədiyyə edib.


Şərhlər

Yaz...