Tarix: 30.09.2024 / 15:55
Azərbaycanlı rejissorun çəkdiyi film  ən yaxşı qısametrajlı film mükafatını    qazanıb

Azərbaycanlı rejissorun çəkdiyi film ən yaxşı qısametrajlı film mükafatını qazanıb

Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin Urmiya gölü bağlı çəkdiyi “Gölün uşaqları” filmi Finlandiyanın Film Festivalında ən yaxşı qısametrajlı film mükafatını qazanıb.

Diaspora.TV xəbər verir ki, Əlimuradi qısametrajlı sənədli filmində Urmiya gölü ətrafında baş verən ekoloji fəlakətdən və əhalinin bu fəlakətdən təsirləndiyindən bəhs edib.

Azərbaycanlı rejissor filmində gölə yaxın ərazilərdə yaşayan insanların, xüsusilə uşaqların faciəli həyatını, müxtəlif xəstəliklərə yoluxduqlarını sənədləşdirib.

Əlimuradi Urmiya gölünün quruması nəticəsində bölgənin kənd təsərrüfatının məhv olması ilə yanaşı, baş qaldıran duz fırtınaları səbəbindən minlərlə insanın ağır tənəffüs, xərçəng xəstəliklərə yoluxduqlarına diqqət çəkib. Eyni zamanda ekoloji fəlakət yaşandığının filmdə öz əksini tapdığı bildirilir./ GADTB


Şərhlər

Yaz...