Tarix: 16.10.2024 / 14:12
Azərbaycanlı rejissor mükafatını İranda öldürülən etirazçı qadınlara    həsr edib

Azərbaycanlı rejissor mükafatını İranda öldürülən etirazçı qadınlara həsr edib

Güney Azərbaycanlı rejissor və ssenarist Nadir Saivar “Qızıl Portağal Antalya” beynəlxalq festivalının münsiflər heyətindən xüsusi mükafat aldıqdan sonra İran hökumətinin cinayətləri və İranda etirazçı qadınların öldürülməsi ilə bağlı danışıb. O, fikirlərini türkcə ifadə edib.

Diaspora.TV GünAz.TV-yə istinadən xəbər verir ki, Nadir Saivar çıxışında bu mükafatı 2022 -ci il etirazları zamanı İran hökumətinin öldürdüyü gənc qızlara həsr etdiyini deyib:

“Bu mükafat mənim deyil, 17-22 yaşlı qızlarındır. Onlar küçələrdə döyüşdülər və 1500 nəfər öldürüldü”.




Şərhlər

Yaz...