Polşada keçirilən və 28 ölkənin qatıldığı sərbəst güləş üzrə beynəlxalq turnirdə həmyerlimiz Mədinə Bayramova bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıb.
Diaspora.TV xəbər verir ki, bu barədə Avropada yaşayan azərbaycanlılar sosial media platforması məlumat yayıb.
Qeyd edək ki, Mədinə Bayramova güləş ustası Eldar Bayramın qızıdır.
10 ilə yaxındır Almaniyada yaşayan Bayramova bir sıra beynəlxalq yarışların mükafatçısıdır.