Tarix: 27.07.2024 / 12:39
Azərbaycanlı qadınlar Türkiyədən   deportasiya edildi

Azərbaycanlı qadınlar Türkiyədən deportasiya edildi

Qarsın Arpaçay rayonunda keçirilən “Taksi-1” fahişəlik əməliyyatında 12 nəfər saxlanılıb.

Diaspora.TV türk mediasına istinadla xəbər verir ki, polisin 2 aylıq texniki təqibi nəticəsində türk və əcnəbi qadınların sahibə kimi işlədildiyi qumarxananın nəzdindəki yerləşdirmə müəssisəsində fahişəliyin edildiyi müəyyən olunub.

Əməliyyat zamanı 1 İran, 5 Azərbaycan vətəndaşı olan qadın da tutulub.

Bundan başqa, 6 ədəd rəqəmsal material, 5 ədəd sim kartlı mobil telefon, 20 qutu qaçaq siqaret, 5 butulka qaçaqmalçılıq yolu ilə gətirilən spirtli içki və cinayət yolu ilə əldə edilmiş 61 min 370 lirə ələ keçirilib.

Polis bölməsində əməliyyatları tamamlanan 1-i qadın olmaqla 6 nəfər Arpaçay Ədliyyəsinə sövq edilib.

Fahişəliyə məcbur edildiyi təsbit edilən 6 əcnəbi əsilli qadın deportasiya olunmaq üçün Qars Polis İdarəsi Mühacir Qaçaqmalçılığı və Sərhəd Qapıları Şöbə Müdirliyinə təhvil verilib.

Şərhlər

Yaz...