Tarix: 27.08.2024 / 20:30
 Azərbaycanlı qadın Türkiyədə kirayə qaldığı    evi yandırıb?

Azərbaycanlı qadın Türkiyədə kirayə qaldığı evi yandırıb?

İğdırda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində baş verən yanğın vahiməyə səbəb olub. Yanğın naməlum səbəbdən saat 21:30 radələrində Cümhuriyyət Mahallesi Basın küçəsində yerləşən 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindəki evdə baş verib.

Diaspora.TV Türkiyə KİV-nə istinadla xəbər verir ki, Azərbaycan əsilli Aybəniz adlı qadının mülk sahibi ilə fikir ayrılığı nəticəsində evi yandırdığı iddia edilib.

Alovu görənlərin xəbəri ilə əlaqədar hadisə yerinə xilasetmə, polis və tibb briqadaları cəlb edilib. Evin pəncərələrindən çıxan alov binadakı digər evlərə keçməzdən əvvəl hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən nəzarət altına alınıb.

Alov söndürüldükdən sonra yanğınsöndürənlər evə daxil olaraq baxış keçiriblər. Yararsız hala düşən və əşyalarının çoxu yanmış evdə kirayədə yaşayan Azərbaycan əsilli Aybəniz adlı qadın evi yandırdığı əsas gətirilərək saxlanılıb.

İddia edilib ki, azərbaycanlı kirayəçi ev sahibi ilə mübahisə zəminində evi yandırıb.

Azərbaycanlı qadın polis tərəfindən saxlanılıb.

Yanğınla bağlı araşdırmalar davam edir.

Şərhlər

Yaz...