Türkiyənin İğdır rayonunda traktorun qoşqusuna çırpılaraq yarasız vəziyyətə düşmüş avtomobildə biri Azərbaycan vətəndaşı olmaqla iki nəfər ağır xəsarət alıb.
Diaspora.TV Türkiyə KİV-nə istinadla xəbər verir ki, dəhşətli qəza saat 14:30 radələrində Çarıkçı kəndinin kəsişməsində baş verib.
Tuzluca rayonu istiqamətindən İğdır şəhər mərkəzinə gedən Necmettin Altunsoyun (53 yaş) idarə etdiyi 22 RT 530 nömrə nişanlı avtomobil yol ayrıcından yola çıxan Süleyman Oktayın (51 yaş) idarə etdiyi traktorun qoşqusuna çırpılıb.
Qəza zamanı sürücü Necmettin Altunsoy və onun yanında olan Azərbaycan əsilli qadın Zərifə Abbasova (55 yaş) avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə gələn Iğdır Bələdiyyəsi Yanğınsöndürən - xilasediciləri Abbasova və Altunsoyu çıxararaq həkim qruplarına təhvil veriblər.