Tarix: 21.11.2024 / 15:00
Azərbaycanlı sürücü piyadanı    vuraraq qaçıb?

Azərbaycanlı sürücü piyadanı vuraraq qaçıb?

Bu il sentyabrın 10-da 18 yaşlı Azərbaycan vətəndaşı “Lada Granta” markalı avtomobili idarə edərkən Axtubinsk şəhərinin Çerno-İvanova küçəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Nəticədə, azərbaycanlı sürücü piyada keçidindəki 15 yaşlı yerli sakini vurub.

Diaspora.TV xəbər verir ki, Rusiya mediasının iddiasına görə, qəzadan sonra günahkar hadisə yerindən qaçıb. Xəstəxanaya çatdırılan yaralı yeniyetmə isə aldığı xəsarətlərdən reanimasiyada dünyasını dəyişib.

Cinayət işi üzrə istintaq tamamlanıb, baxılması üçün məhkəməyə göndərilib



Şərhlər

Yaz...