Evin zindanında saxlanılan 2023-cü il Nobel Sülh Mükafatının qalibi, güneyli hüquq müdafiəçisi Nərgiz Məhəmmədi 8 milyard tümən (323,141,10 manat) girov müqabilində tibbi məzuniyyətə buraxılıb.
Diaspora.TV xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.
N.Məhəmmədinin vəkili Mustafa Nili onun bu yaxınlarda əməliyyat olunduğunu da açıqlayıb.
Qeyd edək ki, N.Məhəmmədi bundan əvvəl müxtəlif ittihamlara görə 12 il 3 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.