“Güclü Gürcüstan” koalisiyasının namizədi Aqil Mustafayev siyasətçi Əhməd İmamquliyev və digər yaxın dəstəkçiləri ilə birlikdə seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Marneuli rayonunun Qaçağan kəndində vətəndaşlarla görüşüb.
Diaspora.TV gürcü mediasına istinadla xəbər verir ki, görüş zamanı əhalinin mövcud problemləri dinlənilib. Aqil Mustafayev vətəndaşları “Güclü Gürcüstan” koalisiyasının gələcək planları və atılacaq addımları ilə tanış edib. Həmçinin, Əhməd İmamquliyev vətəndaşları Aqil Mustafayevə dəstək olmağa çağırıb.