Tarix: 26.10.2024 / 17:31
Azərbaycanlı namizədin qardaşının   pasportu ilə başqa şəxs səs verib?

Azərbaycanlı namizədin qardaşının pasportu ilə başqa şəxs səs verib?

Başqa bir seçici “Gürcü arzusu”nun namizədi Zaur Darğallının qardaşı Mirzə Darğallının pasportu ilə səs verməyə cəhd edib.

Diaspora.TV xəbər verir ki, bu barədə “Güclü Gürcüstan” koalisiyasının üzvü Lana Qaldava məlumat verib.

O, bu hadisənin Marneuli 2 saylı seçki məntəqəsində baş verdiyini bildirib.

Qaldavanın sözlərinə görə, sözügedən qanun pozuntusu aşkarlananda həmin şəxs seçki məntəqəsindən qaçıb:

“Biz Marneuli 2 saylı seçki məntəqəsindəyik. Səhər saatlarından xeyli qarşıdurmalar oldu, seçki məntəqəsində pul paylama faktları qeydə alınıb. Həmçinin, kriminal aləmin nümayəndələrinin də səfərbərliyi olub. Gürcüstan parlamentinin deputatı Zaur Darğallının qardaşının pasportu ilə yad şəxs içəri daxil olub və səsverməyə cəhd edib. Ümumiyyətlə, Kvemo Kartlidə hökumət qanunun bütün tələblərini pozmağa çalışır, lakin əhalinin əhval-ruhiyyəsi möhkəmdir və biz qələbəyə nail olacağıq”.

Şərhlər

Yaz...