Tarix: 22.10.2024 / 13:11
Azərbaycanlı namizəd Tamarisi və Qaçağan kənd sakinləri    ilə görüşüb

Azərbaycanlı namizəd Tamarisi və Qaçağan kənd sakinləri ilə görüşüb

"Gürcü Arzusu" partiyasının Marneuli-Qardabani seçki dairəsi üzrə namizədi Zaur Darğallı seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Tamarisi və Qaçağan kənd sakinləri ilə görüşüb.

Diaspora.TV Gürcüstan mediasına istinadla xəbər verir ki, görüşdə yerli əhali üçün prioritet məsələlər, həmçinin “Gürcü Arzusu”nun idarəçiliyi dövründə davam edən və həyata keçirilən layihələrə nəzər yetirilib.

Sakinlər qarşısında çıxış edən Zaur Darğallı 26 oktyabr tarixində seçkilərdə qələbə əldə edəcəklərinə əmin olduğunu bildirib. Görüşdə ölkədə əmin-amanlığın qorunmasının vacibliyi xüsusi ilə qeyd olunub.

Görüşdə Marneuli meri Kənan Ömərov, Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze və bələdiyyə nümayəndələri də iştirak ediblər.

Şərhlər

Yaz...