"Birlik - Milli Hərəkat" koalisiyasının liderləri Dimitri Şaşkin, Kaxa Okriaşvili, həmçinin partiyanın azərbaycanlı parlament namizədi Ceyhun Məhəmmədəli, partiyanın yerli liderləri Azad Kərimov, bələdiyyə üzvü Ramo Axmedov, Fuad Qəhramanov və Nərgiz Əliyeva Təkəli kəndində əhali ilə görüş keçiriblər.
Diaspora.TV gürcü mediasına istinadla xəbər verir ki, görüş zamanı əhalinin problemləri dinlənilib. Koalisiyanın seçkiqabağı proqramı haqqında əhaliyə məlumat verilib.
Görüşdə əhalinin sosial problemləri, artan kriminal hallar, gənclərin ölkəni tərk etməsi və digər məsələlər müzakirə olunub.