Tarix: 26.10.2024 / 20:19
Azərbaycanlı namizəd qardaşı ilə bağlı   iddialara cavab verdi

Azərbaycanlı namizəd qardaşı ilə bağlı iddialara cavab verdi

“Gürcü Arzusu” partiyasının namizədi Zaur Darğallı “Güclü Gürcüstan”ın üzvü Lana Qaldavanın Marneuli 2 sayılı seçki məntəqəsində seçicinin onun qardaşı Mirzə Darğallının pasportu ilə səs verməyə cəhd etməsi barədə bəyanatını absurd adlandırıb.

Diaspora.TV Gürcüstan mediasına istinadla xəbər verir ki, Zaur Darğallı sözügedən məsələni “saxta” məlumat olduğunu qeyd edib.  

O bildirib ki, elektron seçkilərdə bir pasportla üç dəfə səs vermək mümkün deyil.

“Bu, tam absurddur, elektron seçkilərdə bir pasportla üç dəfə səs vermək mümkün deyil. Qardaşım öz pasportu ilə girib səs verib, vaxtı keçmiş pasportla başqası niyə girsin və yaxud necə daxil ola bilər? Cihaz onu qəbul etməyəcək. Gördüyüm pasportun müddəti bitib, adi qaydada “saxtasını” belə düzəldə bilmirlər, artıq ailə üzvlərimizə keçirlər, fon yaratmağa çalışırlar, sanki problemli məntəqədir. Təxribatlar absurddur, məntiqə sığmır, zonder qrupları ilə gəzir və birbaşa hücuma keçirlər”, - deyə Darğallı bildirib.  

O, 69-cu seçki dairəsinin bağlanmasına da cavab verib və qeyd edib ki, hər şeyi istintaq müəyyən edəcək.

Şərhlər

Yaz...