Tarix: 28.10.2024 / 10:19
Azərbaycanlı namizəd mandatından    imtina etdi

Azərbaycanlı namizəd mandatından imtina etdi

Ötən gün keçirilən parlament seçkilərində 11,04% faiz səs toplayan “Dəyişiklik Koalisiyası” deputat mandatlarından imtina edib. “Dəyişiklik Koalisiyası” hesab edir ki, bu seçkilər saxtalaşdırılıb və nəticələr qeyri-legitimdir.

Diaspora.TV Gürcüstan mediasına istinadla xəbər verir ki, mandatlarından imtina edən deputatlar arasında Oktay Kazımov da var.

“Dəyişiklik Koalisiyası”nın deputat mandatından imtina edən şəxslərin tam siyahısı bunlardır.

Xatuna Samnidze, Oktay Kazımov, Maya Kopaleişvili, Boris Kurua, Ana Qoqoladze, Giorgi Butikaşvili, Giorgi İmedaşvili, Elene Xoştariya, Sofo Qoletiani, Marika Arevadze, Ani Kavtaradze, Tornike Bikaşvili. Koalisiyanın lideri Nika Qvaramiya bildirib ki, alınan səslərə əsasən, koalisiya parlamentdə 20-yə yaxın mandat qazanıb.

Şərhlər

Yaz...