Tarix: 09:36 | Baxış sayı: 126
Azərbaycanlı namizəd soydaşlarımızla  görüşüb

Azərbaycanlı namizəd soydaşlarımızla görüşüb

"Gürcü Arzusu" partiyasının Marneuli-Qardabani seçki dairəsi üzrə namizədi Zaur Darğallı seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Qırıxlı, Qırmızıkənd, Maradisi, Daştəpə və Qullar kəndlərinin sakinləri ilə görüşüb.

Diaspora.TV gürcü mediasına istinadla xəbər verir ki, görüşdə yerli əhali üçün prioritet məsələlər müzakirə olunub. Həmçinin, “Gürcü Arzusu”nun idarəçilik dövründə davam edən və həyata keçirilən layihələrə nəzər yetirilib. Görüşdə, oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin və ölkədə əmin-amanlığın qorunmasının vacibliyi xüsusi qeyd olunub.

Şərhlər

Yaz...

İran İsrailin əmrlərini necə    icra edir?
Video Qalereya, Cənub vaxtı

İran İsrailin əmrlərini necə icra edir?