Tarix: 20.11.2024 / 11:00
Azərbaycanlı musiqiçilər Fransanı   necə fəth edir?

Azərbaycanlı musiqiçilər Fransanı necə fəth edir?

Flautist Ağarahim Quliyev və pianoçu Eldəniz Ələkbərzadə yenə Fransa səhnəsini fəth ediblər.

Diaspora.TV xəbər verir ki, hər iki azərbayanlı gəncin konsert proqramında Qabriel Forenin, Frank Martin, Sergey Raxmaninovun, Fikrət Əmirovun və Karl Raynekenin əsərləri səsləndirilib. Azərbaycanlı bəstəkar Fikrət Əmirovun əsərləri isə tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Bu iki gənc musiqiçi "Avey" duetini yaradaraq həm özlərini tanıtmaq, həm də Azərbaycanın zəngin musiqi irsini dünyaya çatdırmaq məqsədi güdürlər.

Qeyd edək ki, 1981-ci ildə Jak Lagard tərəfindən yaradılan "Günorta yarısı konsertləri" illər ərzində böyük inkişaf yolu keçərək klassik musiqi həvəskarları üçün əvəzolunmaz bir tədbirə çevrilib. 2019–2020-ci illər mövsümündən etibarən bu ənənəni davam etdirən layihəyə rəhbərliyi Stefan Frideriş öz üzərinə götürüb.


Şərhlər

Yaz...