Tarix: 05 İyun 2024 19:12 | Baxış sayı: 362
Azərbaycanlı musiqiçilər  "Duo Avey" adlı duet yaradıblar

Azərbaycanlı musiqiçilər "Duo Avey" adlı duet yaradıblar

Fransada təhsil alan azərbaycanlı musiqiçilər Eldəniz Ələkbərzadə və Ağarəhim Quliyev "Duo Avey" adlı duet yaradıblar.

Diaspora.TV xəbər verir ki, onlar azərbaycanlı bəstəkarların əsərlərini ifa edərək Avropada tanınmasına böyük töhfə verirlər.

Musiqiçilər həm klassik, həm də müasir Azərbaycan musiqisini auditoriyaya çatdıraraq, milli musiqi mədəniyyətimizin zənginliyini və rəngarəngliyini nümayiş etdirirlər.

E.Ələkbərzadə və A.Quliyev peşəkarlığı və sənətə olan böyük sevgiləri sayəsində, "Duo Avey" Avropanın müxtəlif ölkələrində konsertlərdə uğurla çıxış edir.

Onların ifaları dinləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanır, bu da Azərbaycan musiqisinin beynəlxalq səviyyədə tanınmasına və sevilməsinə səbəb olur.




Şərhlər

Yaz...

Sünik koridoru İranı cəhənnəmə    aparır
Video Qalereya, Cənub vaxtı

Sünik koridoru İranı cəhənnəmə aparır