Tarix: 28.08.2024 / 15:10
Azərbaycanlı mühafizəçi Türkiyədə ölü tapıldı   - FOTO

Azərbaycanlı mühafizəçi Türkiyədə ölü tapıldı - FOTO

Azərbaycanlı mühafizəçi Mahir Məmmədov Aydının Kuşadası rayonunda mehmanxana otağında ölü tapılıb.

Diaspora.TV türk mediasına istinadla xəbər verir ki, hadisə saat 13.30 radələrində Kadınlar Dənizi səmtindəki 5 ulduzlu oteldə baş verib.

Əldə edilən məlumata görə, Azərbaycan vətəndaşı 50 yaşlı Mahir Məmmədov 3 gün əvvəl həyat yoldaşı Kəmalə Məmmədova və oğlu ilə birlikdə Kuşadasına istirahətə gəlib.

Məmmədov bu gün səhər yeməyini yedikdən sonra ailəsi ilə birlikdə dincəlmək üçün otağa gedib. Bir müddət sonra gəzmək üçün şəhərin mərkəzinə gedən ana Kəmalə Məmmədova və oğlu geri qayıdanda Mahir Məmmədovu yerdə hərəkətsiz vəziyyətdə görüblər.

Hadisə yerinə, 112 Təcili Tibbi Yardım və polis qrupları sövq edilib. Həkimlər briqadasının müayinəsindən sonra Mahir Məmmədovun öldüyü müəyyən edilib.

Hadisə ilə bağlı istintaq davam edir.



Şərhlər

Yaz...