Tarix: 08.10.2024 / 14:00
Azərbaycanlı müğənninin  Rusiyadan çıxışı qadağan edilib?

Azərbaycanlı müğənninin Rusiyadan çıxışı qadağan edilib?

Oktyabrın 2-də “Vrestka” nəşri Ukraynadakı müharibə ilə bağlı mövqelərinə görə Rusiyada çıxışı qadağan edildiyi iddia edilən sənətçilərin qeyri-rəsmi siyahısının olması barədə məlumat yayıb.

Diaspora.TV xəbər verir ki, siyahı reklam və tədbir agentliklərinə göndərilib və orada 79 sənətçinin adı var. Siyahının məsləhət xarakterli olduğu vurğulanır və onun müəllifləri açıqlanmır.

Bu siyahıya daxil olan sənətçilər arasında Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Jah Khalib (Bəxtiyar Məmmədov), Quf, Djiqan, İvan Urqant, İnstasamka, Maks Korj, Tima Belorusskix, Scryptonite, Anna Sedokova, Splin kimi məşhur adlar, eləcə də xarici ulduzlar - Beyonce, Lana Del Rey, Metallica və başqaları var.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml bu cür siyahılar barədə heç nə bilmir. Onun sözlərinə görə, belə saxta siyahılar çoxdur və onların rəsmi strukturlara aidiyyatı yoxdur.


Şərhlər

Yaz...