Yeni mahnısı işıq üzü görən Güney Azərbaycandan olan müğənni Siyam yenidən rekordlar qıraraq bütün musiqi platformalarında birincilik qazanıb.
Diaspora.TV xəbər verir ki, bu barədə GADTB-nin Mətbuat Mərkəzi məlumat yayıb.
Siyam “Kafamın içi” adlı mahnısını məşhur turk müğənnisi Ebru Yaşarla birlikdə oxuyub.
Bundan əvvəl Siyamın Ebru Yaşarla ifa etdikləri “Yoxsan” mahnısı 3 aya 104 milyona yaxın baxış yığıb.
Qeyd edək ki, əsl adı Siyamək Sahibdil Burhan olan sənətçi özünəməxsus üslubu və təsirli səsi ilə geniş pərəstişkar kütləsi qazanıb.
2009-cu ildə Güney Azərbaycandan Türkiyəyə köçən Siyam 2012-ci ildə musiqi karyerasına başlayıb.