Tarix: 12.11.2024 / 10:45
Azərbaycanlı müğənni   boşanmasından danışdı

Azərbaycanlı müğənni boşanmasından danışdı

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni və şoumen Timur Rodriges ilk dəfə həyat yoldaşı Anna Devochkina ilə ayrılmasından danışıb.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Timur Rodriges 16 illik evliliyindən sonra Anna Devochkina ilə boşandığına görə sevinir. O, boşanmaya özünün təşəbbüs göstərdiyini etiraf edib:

“Bu, böyük məsuliyyətlə verdiyim qərar idi. Məncə, səhv etməmişəm. Nə qədər qorxulu və qəribə səslənsə də, bu addımı atdığıma şadam. Bir-birinizi, həqiqətən, başa düşəcəyiniz o insanı tapmağa çalışmaq daha yaxşıdır. Mən əvvəldən fərqli münasibət və fərqli bir insan arzulayırdım..."

Şərhlər

Yaz...