Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva türk mətbuatına müsahibə verib.
Jurnalistlərin suallarını cavablandıran G.Musayeva hazırda diqqətini aktrisalıq alsa da, modellik fəaliyyətini davam etdirəcəyini açıqlayıb.
"Həftənin beş günü idman etməyə çalışıram. İstanbulda olsam, idman zalına gedirəm. Başqa yerdə olsam, öz səhər rejimim var, 15 dəqiqə onu və ya yoqa edirəm", – deyə model bildirib.
G.Musayeva dəyişikliyin həmişə yaxşı təsir bağışladığını bildirib: "Bir həftə əvvəl saçımı kəsdirmişəm".
Qeyd edək ki, G.Musayeva illər əvvəl türkiyəli aktyor Tolqa Karellə ailə qurub. Lakin daha sonra onlar boşanıblar. Cütlüyün Cahangir adlı oğulları var.
Həsən Hüseynov
Diaspora.TV