Rusiya Statistika Komitəsinin məlumata görə, Rusiyaya gələn miqrantların 31 faizi Tacikistandandır.
Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, onların 10 faizi Qırğızıstandan, 9 faizi Ukrayna, Ermənistan və Qazaxıstandan, 8 faizi Özbəkistandandır. Azərbaycan, Moldova, Türkmənistan və Belarus da ilk onluqda yer alıb.
Miqrantların 47 faizi şəxsi məqsədlərlə Rusiyaya köçdüyünü, 28-i Rusiyada işləmək, 12-si isə təhsil almaq niyyətində olduğunu bildirib.