Tarix: 25.07.2024 / 23:30
Azərbaycanlı bu səbəbdən vətəndaşlıqdan   məhrum edilib

Azərbaycanlı bu səbəbdən vətəndaşlıqdan məhrum edilib

Mordoviya Respublikasında polis əməkdaşları bir azərbaycanlını Rusiya vətəndaşlığından məhrum ediblər.

Rusiya Daxili İşlər Nazirliyinin Saransk şəhərindəki 4 saylı polis idarəsinin miqrasiya bölməsinin əməkdaşları onun Rusiya Federasiyası pasportunu müsadirə ediblər.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, o milli təhlükəsizliyə təhlükə törətdiyinə, hərbi qeydiyyata alınmadığına və başqalarını da buna sövq etdiyinə görə vətəndaşlıqdan məhrum edilib.

Həmin şəxs hərbi komissarlığa gələrkən həvəskar videoya çəkilib. Görüntülərdə həyat yoldaşı ərinin hərbi qeydiyyata alınmasına qarşı çıxaraq şöbə əməkdaşları ilə üz-üzə gəlir.

Qeyd edək ki, “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” qanun 2023-cü ilin aprel ayından qüvvədədir. Bu, Mordoviya üçün ilk, lakin sonuncu deyil.

Şərhlər

Yaz...