Tarix: 04.10.2024 / 14:44
Azərbaycanlı milli fəala dəstək aksiyası    keçirildi

Azərbaycanlı milli fəala dəstək aksiyası keçirildi

Güney Azərbaycanın Şəbistər bölgəsi və Nadarlı kəndində azərbaycanlı milli fəal Əli Rəzizadə Nadarlıya azadlıq tələbilə aksiya keçirilib.

Diaspora.TV xəbər verir ki, Rəzizadənin qanunsuz həbsinə etiraz bildirilib və onun sərbəst buraxılması tələbi ilə posterləri ictimai yerlərə yapışdırılıb.

Azərbaycanlı fəalın fotosu olan posterlərin üzərində “Azərbaycan siyasi məhbuslarına özgürlük, Əli Rəzizadə Nadarlı” və “Azadlıq, Ədalət, Milli hökumət” şüarları yazılıb.

“Pantürkizm qruplaşmasına üzv olmaqla ölkənin milli təhlükəsizliyinə xələl gətirmək”də ittiham edilən Əli Rəzizadə Nadarlı, 29 oktyabr 2023-cü ildə həbs cəzasını çəkmək üçün Evin həbsxanasına salınıb.

Qeyd edək ki, o, 1 il həbs cəzasına məhkum edilib və həbsdən buraxıldıqdan sonra daha iki il müddətinə siyasi, ictimai qurumlarda üzvlüyünə, sosial mediada fəaliyyətinə və ölkədən çıxışına qadağa qoyulub./ GADTB





Şərhlər

Yaz...