Tarix: 05.07.2024 / 18:00
Azərbaycanlı milli fəal zaminə   buraxıldı

Azərbaycanlı milli fəal zaminə buraxıldı

Sərəskəndoğlu ləqəbi ilə tannan radio aparıcısı, teatr aktyoru və azərbaycanlı milli fəal Məhəmmədhadi Şərifinəsəb Həştrudi iyunun 29-da 800 milyon tümən girov müqabilində məhkəməyə qədər zaminə buraxılıb.

Diaspora.TV xəbər verir ki, bu barədə GADTB-nin Mətbuat Mərkəzi məlumat yayıb.

İyunun 2-də İran hökumətinin ETTELAAT qüvvələri milli fəalın evinə basqın edərən onu tutduqdan sonra Evin zindanına aparıblar. Daha sonra isə o, Böyük Tehran həbsxanasına köçürülüb. Şərifinəsəb dindirilmə zamanı işgəncələrə məruz qalıb və döyülüb.

Şərifinəsib “separatçı və pantürkist qrup yaratmaq”, “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə əlbir olmaq”, “ictimai rəyi çaşdırmaq”“hökumət məmurunu döymək və təhqir etmək” də günahlandırılır.




Şərhlər

Yaz...