Tarix: 03.07.2024 / 20:09
Azərbaycanlı milli fəal həbs   edilib

Azərbaycanlı milli fəal həbs edilib

Güney Azərbaycan Milli Hərəkatının fəalı Məhəmmədrza (Araz) Əmani Nadarlı həbs olunub.

Diaspora.TV xəbər verir ki, bu barədə GADTB-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Molla rejiminin Şəbüstərdəki İnqilab Məhkəməsi azərbaycanlı fəalı 3 ay bir gün müddətinə həbs cəzasına məhkum edib.

Molla rejimin məhkəməsi azərbaycanlı milli fəalı şərləyərək onu “dövlət quruluşu əleyhinə təbliğat aparmaq”da ittiham edib.

Qeyd edək ki, azərbaycanlı milli fəal Nadarlı kəndində evindən çıxarkən mayın 23-də İran ETTELAAT qüvvələri tərəfindən saxlanılıb.

İyunun 10-da isə Təbrizin mərkəzi həbsxanasından zaminə buraxılıb.

Araz Əmani Nadarlı kəndində anadan olub, Pəyamnur Universitetinin Psixologiya fakültəsini bitirib. O, həm də Şebastar şəhərindəki “Mişo Qartalları” Rəqs Qrupunun rəhbəridir.

Şərhlər

Yaz...