Tarix: 24.04.2024 / 18:03
 Azərbaycanlı məktəblinin təqdimatı  kanadalıları heyran qoydu

Azərbaycanlı məktəblinin təqdimatı kanadalıları heyran qoydu

Kanadanın Ontorio əyalətində yaşayan azərbaycanlı Müjgan Cəfərova oxuduğu məktəbdə maraqlı təqdimat edib.

Diaspora.TV xəbər verir ki, bu barədə Kanada azərbaycanlılarının sosial şəbəkə hesabında məlumat verilib.

M.Cəfərova şagirdlərə və müəlliminə Azərbaycan haqqında, dilimizin Toronto District School Board-da tədris edilməsi, bayramlarımız, mətbəximiz, rəqslərimiz və adət ənənələrimizin xarici ölkələrdə qorunması haqqında danışıb. Hətta başqa millətlərin Azərbaycan musiqisinə həvəsini nəzərə alan Müjgan Cəfərova milli rəqsimiz olan "Yallını" şagirdlərə öyrədib. Eləcə də o, hazırladığı "Novruz xonçası"nı nümayiş etdirib və bu bayramın adətlərini təqdim edib.

Kanada Azərbaycanlıları Şəbəkəsinin üzvü, Azərbaycan Qadınlarına Dəstək Cəmiyyətinin İdarə Heyətinin sədri Yeganə Cəfərova Diaspora.TV-yə açıqlamasında M.Cəfərovanın onun yaratdığı məktəbin şagirdi olduğunu vurğulayıb:

“Müjganın valideynləri var olsunlar ki, Kanadaya gəldikləri ilk günlərdən övladları Azərbaycan dili sinfimizin şagirdi oldu. Ontario əyalətinin başqa şəhərinə köçmələrinə baxmayaraq, uşaqlar təsis etdiyim ödənişsiz Online Karabakh Language School-da Azərbaycan dili öyrənməyi davam edirlər. Həmçinin hər şənbə günü Community mərkəzinə əlavə məşqlərə qatılırlar ki, bayramlarda və festivallarda vətənimizi milli rəqslərimizlə, şeirlər və mahnılarla təmsil etsinlər”.

Bəxtiyar Məmmədli
Diaspora.TV





Şərhlər

Yaz...