Tarix: 09.12.2024 / 15:00
Azərbaycanlı məhbus    niyə gizlədilir?

Azərbaycanlı məhbus niyə gizlədilir?

İctimai fəal və siyasi məhbus Yaşar Təbrizinin həbsindən 20 gün keçməsinə baxmayaraq, onun harada saxlanıldığı barədə məlumat verilmir.

Diaspora.TV xəbər verir ki, bu barədə onun vəkili Əli Şərifi Ərdəkani bildirib.

"Bu müddət ərzində onun barəsində məlumat verilməməsi, ailə üzvləri ilə telefon əlaqəsi saxlamaması məhbusun taleyi və sağlamlığı barədə nigaranılığı artırıb", - deyə vəkil qeyd edib.

Ərdəkani deyib ki, Cinayət-Prosessual Məcəllənin 50-ci maddəsinə əsasən, məhbusların ailələri ilə əlaqə saxlamaq hüququ olsa da, bu icra edilmir.

Qeyd edək ki, 14 sentyabr 2023-cü ildə təhlükəsizlik məmurlarının həbs etdiyi təbrizli fəal "hökumətə qarşı təbliğat"da günahlandırılıb və barəsində 1 il həbs cəzasına məhkum edilib və 25 aprel 2024-cü ildə girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.




Şərhlər

Yaz...