Dekabrın 23-də Marneulidəki hərbi hissədə əsgərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Diaspora.TV Gürcüstan mediasına istinadla xəbər verir ki, hadisə zamanı Bolnisi rayonunun Faxralı kəndindən olan 19 yaşlı əsgər Ziyyədin Məmmədov həyatını itirib.
İlkin məlumatlara görə, hadisə əsgərin silahla ehtiyatsız davranması nəticəsində baş verib.
Bildirilir ki, hərbi qulluqçu növbətçilik zamanı silahdan istifadə edib. Silah səsinin eşidilməsindən sonra aparılan yoxlama zamanı Məmmədovun cansız bədəni aşkar edilib.
Ziyyədin Məmmədov bu gün doğulduğu Faxralı kəndində torpağa tapşırılacaq.