Tarix: 22.08.2024 / 13:00
Azərbaycanlı küçədə qadına təcavüz edib  - İDDİA

Azərbaycanlı küçədə qadına təcavüz edib - İDDİA

Arxangelskdən olan 39 yaşlı qadın Azərbaycan Respublikası vətəndaşının hücumuna məruz qalıb. Azərbaycanlının küçədə qadına təcavüz etdiyi iddia olunur.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, zorlama hadisəsi iyunun 16-na keçən gecə Qaluşina küçəsində baş verib. İstintaq Komitəsinin məlumatına görə, 28 yaşlı təcavüzkar sərxoş halda tanımadığı şəxsi təqib edib.

"Qadın qaçmaq istəyərkən yerə yıxılıb. Təqsirləndirilən şəxs onun müqavimətini boğub və zorlayıb. Zərərçəkmiş dərhal polisə şikayət ərizəsi ilə müraciət edib və bu işdə iştirak edən şəxsin gecikmədən saxlanılmasına şərait yaradıb", - deyə idarədən bildirilib.

Miqrant hazırda həbsdədir və məhkəməni gözləyir. Cinayət Məcəlləsinin 131-ci maddəsinin 1-ci hissəsi ilə (zorlama) cinayət işi başlanıb. Onu 6 ilə qədər həbs gözləyir.

Şərhlər

Yaz...